Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Rusiya neftinin qiymət tavanını ildə bir neçə dəfə tənzimləməyi planlaşdırır

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ müttəfiqləri ilə birlikdə Rusiya neftinə tavan qiymət tətbiq edildikdən sonra onu hər ay deyil, ildə bir neçə dəfə korrektə edəcək.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə birlikdə qiymət tavanını həftəlik və ya aylıq tənzimləməyi planlaşdırmır.

“Məqsədimiz onu müntəzəm olaraq nəzərdən keçirməkdir. Ümid edirəm ki, bu, daha çox rüblük və ya hətta yarımillik olacaq, çünki biz bazarda müəyyənliyi təmin etmək istəyirik”, - deyə o bildirib.

Maliyyə departamentinin nümayəndəsi əlavə edib ki, Yeddilik Qrupu (G7) ölkələri tezliklə Rusiya neftinin ixracı üçün tavan qiymətini açıqlamalıdır. O qeyd edib ki, bu məsələ ilə bağlı Avropa İttifaqında məsləhətləşmələr aparılır.

“Ümid edirik ki, onlar bu məsləhətləşmələri nisbətən tez bitirəcəklər və biz yekun qiyməti açıqlayacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi beynəlxalq koalisiyanın bir hissəsi kimi hazırda Vaşinqtonla yanaşı, G7-nin digər dövlətlərinin, Avropa İttifaqının və Avstraliyanın adını çəkir.

Mənbələrin məlumatına görə, Rusiyadan neftin maksimal qiyməti ilə bağlı qərar çərşənbə və ya cümə axşamı Aİ ölkələrinin səfirlərinin görüşündən sonra verilə bilər.

Oxşar xəbərlər
OTACI