Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azyaşlılar üçün yol hərəkəti qaydalarını təbliğ edən videomaterial hazırlanıb

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün yol hərəkəti qaydalarını təbliğ edən qısametrajlı videomaterial hazırlayıb.

NİİM-in rəsmisi Rauf Mirqulamov Press.az -a bildirib ki, videomaterialın əsas məqsədi yol hərəkətinin təməl qaydalarının animasiya şəklində daha asan və anlaşılan formada təqdim olunmasından və uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

"Çünki yalnız qaydalar yolda və küçədə insanların təhlükəsizliyini təmin edir və onların həyatını qoruyur. Uşaqlar, gəlin qaydaları birgə öyrənək! Küçədə rahat gəzmək üçün qaydaları yaxşı bilməlisən. Unutmayaq ki, yol hərəkəti qaydaları hamı üçün eynidir", - NİİM-in rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI