Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb - YENİLƏNİB

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Press.az -a -a bildirib ki, ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirən Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıblar.

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq  istintaqa təhvil verilib, hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

23.11.2022 - 01:24

Gədəbəydə ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Qeyd olunub ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirirlir.

22.11.2022 - 22:31

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Press.az -ın məlumatına görə, hadisə rayonun Düzyurd  kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Mehri Cəfərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan press.az -a  verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə rayon sakini Mehri Cəfərovanın boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və məlum olub ki, M.Cəfərovanı ailə münaqişəsi zəminində, 1959-cu il təvəllüdlü Vaqif Cəfərov bıçaqlayıb.

Şübhəli şəxs saxlanılıb, yaralıya tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər
OTACI