Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sürücülərə XƏBƏRDARLIQ: cərimə oluna bilərsiniz - VİDEO

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son vaxtlar avtomobil yollarında sürücülərin lüzumsuz səs siqnallarından istifadəsi ilə bağlı xəbərdarlıq edib.

Onlar İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat cərimə oluna bilərlər.

Press.az xəbər verir ki, bununla bağlı BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli İTV-yə açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında Qanunvericiliy"in tələbləri çərçivəsində səs siqnalları şəhər mühitində yalnız baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün istifadə oluna bilər.

"Əks təqdirdə bu özü də inzibati-xəta tərkibi yaradan məsuliyyət formalaşdırır".

 

Oxşar xəbərlər
OTACI