Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Mançester Yunayted" Ronaldo ilə müqaviləni ləğv etdi

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldo ilə müqaviləyə xitam verib.

Press.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı hücumçunun sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Ronaldo bir neçə gün əvvəl Britaniya mətbuatına verdiyi müsahibəsində "Mançester Yunayted"in onu qovmaq istədiyini, baş məşqçi Erik Ten Haqdan hörmət görmədiyini bildirmişdi.

Qeyd edək ki, 37 yaşlı hücumçu “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 346 matçda 145 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI