Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda şirkətin pulunu mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda şirkətin pulunu mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib

Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahid dindirilib.

Press.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid Məlahət Mirzəyeva bildirib ki, bacısı Mehriban Atakişiyeva iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun şirkətində xadimə olaraq çalışıb.

O, deyib ki, bacısı bu işdə təqsirləndirilən şəxs olan N.Fabriçnaya ilə isti münasibətləri olub:

"Bacımın maddi vəziyyəti həmişə zəif olub, sonradan həyat səviyyəsi dəyişib. Bacım şirkətə işə düzələndən sonra imkanı da yaxşılaşdı. Deyirdi ki, orada xeyirxah adamlar var, mənə yardım edirlər. Nelli üçün dua edirdi”.

Şahid bildirib ki, təqsirləndirilən şəxs - N.Fabriçnaya ilə bir dəfə rastlaşıb və həmin görüş zamanı Nelli ondan faizə pul tapmasını, onlara köməklik göstərməsini istəyib:

”Bacımla maşında oturmuşdular. Nelli əlimdən tutub dedi ki, sən bizə köməklik edərək faizə pul götürə bilərsən? Dedi ki, lombarddan pul götür, sonra qaytararıq. Bacıma deyirdi ki, bir nəfər faizə borc pul verən adam tap, hər şeyi onun üstünə ataq. Mehriban razılaşmırdı. Mənə də təklif etdi, etiraz elədim, üstünə qışqırdım. Bu hadisədən sonra Nellini görməmişəm, onunla münasibətim olmayıb".

Məhkəmədə məlum olub ki, şirkətin xadiməsinin bütün xərclərini – istirahət, ad günü, nəvəsinin müalicə xərcləri və s. hamısını Nelli çəkib.

M.Mirzəyeva qeyd edib ki, bacısı Nellinin verdiyi pulların şirkətin rəhbəri Ə.Zeynalova məxsus olduğunu bildikdən sonra borc-xərc hamısını geri qaytarıb:

”Nelli bacıma 70 min manat pul xərcləmişdi. Hamısını borc tapıb qaytardıq”.

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Əfqan Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Məhkəmədə ifadə verən N.Fabriçnaya ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlili olduğunu deyib. O bildirib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib.

 

 

Oxşar xəbərlər
OTACI