Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisin komitə sədri AŞPA-nın iclaslarında iştirak edəcək

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək.

Parlamentdən Press.az-a verilən məlumata görə, bununla əlaqədar komitə sədri noyabrın 23-də İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfərə yollanacaq.

İclaslarda Bosniya və Herseqovinada, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidələrinin nəticələri, Avropa siyasi arxitekturasının möhkəmləndirilməsində Avropa Şurasının rolu və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Səfər noyabrın 26-da başa çatacaq.

 

 

Oxşar xəbərlər
OTACI