Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Komitəsi: "Azad edilmiş ərazilərdəki məscidlərin fəaliyyətindən sonra ianələrlə bağlı tədbirlər görüləcək"

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azad edilmiş ərazilərdəki məscidlər fəaliyyətini tam bərpa etdikdən sonra ianələrlə bağlı müəyyən tədbirlər görüləcək".

Bunu "Report"un sualına cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, dini ianələrin özbaşına sərf olunması və dağıdılmasının qarşısı alınacaq, məqsədəuyğun şəkildə vəsaitlər istiqamətləndiriləcək.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanundakı dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Oxşar xəbərlər
OTACI