Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransa Müdafiə Nazirliyi Rusiya barədə Ukraynaya xəbərdarlıq etdi

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qışda Rusiya Federasiyası müharibə taktikasını dəyişə bilər. Moskva quru əməliyyatlarından hava hücumlarına keçid edə bilər”.

Fransa müdafiə naziri Sebastyan Lekornyu bu barədə Ukraynaya xəbərdarlıq edib.

“Rusiyanın son zərbələrinin intensivliyi zəifdir. Qarşıdan qış gəlir və bu, yerüstü manevrləri çətinləşdirir. Rusiyalılar bu zərbələri mülki enerji obyektlərinə yönəldəcəklər. Xersonda onlar məğlub oldular. Onların geri çəkilməsi taktiki xarakter daşıyırdı ki, bu da minlərlə rusiyalının əsir düşməsinin qarşısını alınmasını və Dnepr boyunca müdafiə xəttinin dondurulmasını nəzərdə tuturdu”, - deyə fransalı nazir yerli nəşrlərdən birinə verdiyi müsahibə zamanı bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya qabaqcıl silahlarla, o cümlədən səsdən sürətli yeni raketlərlə öyünsə də, onun sahib olduğu böyük ehtiyatlar köhnə döyüş sursatlarından ibarətdir.

Bundan əlavə, Lekornyu hesab edir ki, Kreml vaxtın uzadılmasında maraqlıdır.

Oxşar xəbərlər
OTACI