Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Gənc bəstəkarların yeni əsərlərindən ibarət plenum" təşkil edilib - FOTOLAR

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşəbbüsü ilə 10 - 11 noyabr tarixlərində "Zəfər bayramı"na həsr olunmuş "Gənc bəstəkarların yeni əsərlərindən ibarət plenum" təşkil edilib.

Press.az xəbər verir ki, plenum çərçivəsində iki konsert və müzakirə keçirilib.

Plenumun birinci konsertində Pikə Axundovanın - "İstiqlal" , Sevinc Əliyeva - Qəmbərovanın "Prelüdlər" ,Vəfa Bağırzadənin "Yurd harayı" ,  Elvin Quliyevin "Skertso" , Azər Hacıəsgərlinin "Üç havanın rəqsi" , Yusif Bayramovun "Contradictio in andjecto" , Aydan Əliyevanın "Sonata" , İlahə Qismətin "World of Nasimi" , Tural Məmmədlinin "Qəbirdən Vətən" kamera - instrumental əsərləri səsləndrilmişdir.

Plenumun İkinci konsertində gənc bəstəkarların kamera -  vokal əsərləri səsləndrilmişdir. Proqramda  Vəfa Bağırzadənin "Azərbaycan" (söz: N.Həsənzadə) ,  Elvin Quliyevin "Qayıt Vətənə" (söz: O. Rza) , "Gəlmişəm"  (söz: R. Babaxan) ,  Rəcəb Zeynalov "Bir nağıl gecəsi" və "Bağışla" (söz: N. Kəsəmənli),  Qumru İmamverdiyevanın "Söylə" və "Sən və mən" ,  Sevinc Əliyeva - Qəmbərovanın "Azərbaycan bayrağı"  (söz: R.Qusarçaylı) romansları səsləndrilmişdir

Hər iki konsert proqramı böyük maraqla qarşılanmışdır.

Oxşar xəbərlər
OTACI