Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağcabədi sakini özünü YANDIRDI

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədi rayon sakini özünü yandırıb.

Press.az APA-ya istinadən xəbər verir ki, 25 yaşlı Cavid Ələsgərov ailədaxili məsələlərlə bağlı özünü yandıraraq intihara cəhd edib.

O, ağır vəziyyətdə Ağcabədi rayon Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

O bildirib ki, Ağcabədi rayonunda 1997-ci il təvəllüdlü, rayon sakini Cavid Ələsgərov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özünü yandırıb. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Cavid Ələsgərov Vətən Müharibəsinin iştirakçısı olub.

Oxşar xəbərlər
OTACI