Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu, mənim son dünya çempionatımdır" - Messi

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Argentina millisinin hücumçusu Lionel Messi fiziki durumu, dünya çempionatına necə hazırlaşması barədə danışıb.

Press.az "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bu dünya çempionatının onun üçün sonuncu mundial olacağını deyib:

“Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm, heyətə əla fiziki formada qayıtdım. Ötən gün ehtiyat tədbiri olaraq fərdi məşq etdim, amma xüsusi bir şey yox idi. Bu dünya çempionatı fərqlidir, komandalar demək olar ki, hazırlıqsız gəldi.

Dünya çempionatı başlayana kimi nə qədər çox oynasam, bir o qədər yaxşı hiss etdim. Xüsusi bir iş görmədim, bütün karyeramı etdiyim kimi özümə qulluq etdim. Əlbəttə, bu, mənim son dünya çempionatımdır. Böyük arzumu həyata keçirmək üçün son şansdır”.

Qeyd edək ki, Argentina C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq. Argentina ilk oyununu noyabrın 22-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI