Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balakəndə ev YANDI

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakəndə  yaşayış evi yanıb.

Press.az xəbər verir ki, Unikal.org-ın məlumatına görə, yanğın hadisəsi axşam saat 18 radələrində rayonun Meşə Şanbul kəndində, kənd sakini Nurməmməd Ömər oğlu Kazaxova məxsus, ümumi sahəsi 90 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin  70 kv/m-lik səhəsinin yanar konstruksiyaları və ev əşyaları  yanıb. Yaxınlıqdakı  digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI