Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Restoranlarda eşşək ətindən istifadə olunur” - Mütəxəssisdən ŞOK MÜSAHİBƏ

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Çox təəssüf ki, paytaxtın hər nöqtəsində ucuz qiymətə fiziki çirklənməyə məruz qalan qidalar satılır. Bu baxımdan bu gün gənclər arasında qastritdən əziyyət çəkənlər çoxdur”.

Press.az xəbər verie ki, bu sözləri Lent.az-a müsahibəsində sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onunla müsahibəni təqdim edirik:

- Bu gün Azərbaycanda istehsal olunan zavod çörəkləri keyfiyyətcə qənaətbəxşdirmi?

- Bu gün satışda olan çörəklərin əksəriyyəti insan sağlamlığı üçün

həddindən artıq kimyəvi maddələr, gübrələr istifadə olunur və digər müdaxilələr olur. Bu cür yetişmiş çiyələklə təbii şəkildə yetişən çiyələk arasında çox fərq var. 

- Restoranlarda vəziyyət qənaətbəxşdirmi?

- Ölkədəki hər restoranda vəziyyət ürəkaçan deyil. İstər bahalı, lüks restoranlarda, istərsə də ucuz restoranlarda ətin keyfiyyətsiz olduğunun, at və ya eşşək ətindən istifadə olunduğunun şahidi oluruq. Bununla bağlı nə qədər tədbir görülsə də, yenə də həmin ətlərin restoranlara satıldığını çox yaxşı bilirik. İnsanlar bu gün müasir yeməklərə üstünlük verdiklərinə görə həmin ətləri müxtəlif souslarla, dadlandırıcılarla süfrəyə verərək insanları aldadırlar. 

- Küçədə, xüsusilə metro stansiyalarının yaxınlığında üstüaçıq qidalar və içkilərin satıldığının şahidi oluruq… 

- Çox təəssüf ki, paytaxtın hər nöqtəsində ucuz qiymətə fiziki çirklənməyə məruz qalan qidalar satılır. Bu baxımdan bu gün gənclər arasında qastritdən əziyyət çəkənlər çoxdur. Keçmişdə 40-50 yaşlı insanların mədəsində problem yarandığının şahidi olurduqsa, indi isə 20 yaşlı gəncin mədəsində problem yarandığını eşidirik. 

Ən çox da nar şirələri satılır. Nar çox faydalı meyvədir. Amma küçədə nar şirələrini gigiyenik qaydalara uyğun şəkildə satmırlar. Narı yumurlar, şirəçəkəni təmizləmirlər, heç bir əlcəkdən istifadə etmirlər. Heç əlini yumağa yer yoxdur. Narın şirəsini çəkib uzun müddət onu plastik qabda saxlayırlar. 

- Tez-tez paytaxt ərazisində hər hansı bir dönərxananın bağlandığını müşahidə edirik. Bunlara səbəb isə həmin dönərxanalarda gigiyenik qaydalara riayət olunmaması və yaxud satılan dönərin at və ya eşşək ətindən hazırlanması olur. Sizcə, bu gün dönərxanalara nəzarət yetəri qədər qənaətbəxşdirmi? Hazırda dönərxanalarda vəziyyət nə yerdədir?

- Qida satılan hər yerdə monitorinqlər aparılır. Amma mütəmadi olaraq aparılmır. 1 manat 50 qəpiyə dönər və ayran satılır. Axı bu dönər nə dərəcədə keyfiyyətli ola bilər?

Dönəri düzgün şəkildə hazırlayıb bişirmirlər. Tez bir zamanda hazır olsun deyə alovun dərəcəsini artırırlar. Belə olduqda həmin ət də yanır. İnsanlar əsasən toyuq ətindən hazırlanan dönərlərə üstünlük verirlər. Amma həmin toyuq dönəri, həqiqətən də, toyuq ətindən hazırlanıbmı? 

Dönər ətlərinin hazırlanması ucuz başa gəlsin deyə toyuğun dərisindən və digər atılmalı hissələrindən hazırlayırlar. Həmin dönərdə ət deyilən bir məfhum yoxdur.

 

 

Oxşar xəbərlər
OTACI