Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samux sakinindən narkotik aşkarlanıb

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Samux rayon sakinində narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Teymur Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, həmin narkotik maddəni Kür çayında sellofan torbanın içərisindən tapıb.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

 

 

Oxşar xəbərlər
OTACI