Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb.

Bu barədə "Press.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan pul qabısının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.

Oxşar xəbərlər
OTACI