Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maşın iki qardaşı vurdu, biri öldü

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda avtomobilin vurduğu iki qardaşdan biri - 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu vəfat edib.

Press.az “Report”-a istinadən  xəbər verir ki, o, müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, yol qəzası ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən rayonun Kazımabad kənd sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və 1990-cı il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI