Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskvadakı gül anbarında yanğın nəticəsində ölənlərin sayı artdı

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskvanın mərkəzindəki Komsomolskaya meydanında yerləşən gül anbarındakı yanğın nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. Bir nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, yanğın doqquz saat davam edib.

00:47

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Saat 23:13-də dağıntıların təhlili zamanı beşinci qurbanın cəsədi tapılıb”, - agentlikdən bildirilib.

Eyni zamanda, daha bir nəfərin taleyinin məlum olmadığını qeyd olunub.

Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub.

Hazırda yanğın lokallaşdırılaraq söndürülüb.

Oxşar xəbərlər
OTACI