Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yük avtomobili qəza törədib

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nəsimi rayonunda avtomobil qəzası baş verib.

Press.az APA -a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ələsgər Ağayev idarə etdiyi ZİL markalı yük avtomobili ilə qəfil köməkçi yola manevr edib.

Bu zaman yük avtomobili sol zolaqda olan Şəhriyar Əlizadənin idarə etdiyi “Chevrolet” markalı minik maşınına çırpılıb. Zərbənin gücündən minik avtomobili deformasiyaya uğrayıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı əraziyə polislər cəlb edilib.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Oxşar xəbərlər
OTACI