First slide

Paytaxtda tıxac olan yolların SİYAHISI

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. “20 Yanvar” dairəsində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

8. Bakıxanov küçəsi, Dədə Qorqud parkı istiqamətində;

9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyası “Koroğlu” metro stansiyası istiqamətində;

12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

13. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

15. Niyazi küçəsi, hər iki istiqamətdə;

16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər
OTACI