Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"G7" Şimali Koreyanın raket buraxılışını pislədi

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"G7” ölkələrinin xarici işlər nazirləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) noyabrın 18-də qitələrarası ballistik raketi buraxmasını "ən kəskin şəkildə” pisləyib.

Press.az "report”a istinadən xəbər verir ki, bu barədə "G7”nin yaydığı bəyanatda qeyd olunub.

"Şimali Koreyanın nüvə və ballistik proqramlarının inkişafı, o cümlədən qitələrarası mənzilli ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi beynəlxalq sülh və sabitlik və nüvə silahlarının yayılmaması rejimi üçün getdikcə daha çox ciddi xarakter daşıyan yeni təhlükə səviyyələri yaradır. Partlayışın miqyasını nəzərə alaraq son nüvə sınağı problemi görünməmiş səviyyəyə qaldırdı.

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə dərhal və tam əməl etməli və bütün nüvə və ballistik raket proqramlarından tam, yoxlanıla bilən və geri dönməz şəkildə imtina etməlidir.

Biz bu məqsədlərə nail olmaq üçün tədbirləri daha da gücləndirməyə hazırıq və BMT Təhlükəsizlik Şurasını öz öhdəliklərini yerinə yetirməyə və daha güclü tədbirləri özündə əks etdirən yeni və effektiv qətnamənin qəbulu istiqamətində işləməyə qətiyyətlə çağırırıq. Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarının davamlı, hərtərəfli və diqqətlə icrasını təmin etmək və Şimali Koreyanın beynəlxalq qanuniliyə qayıtmasını təmin etmək üçün səylərini ikiqat artırsın”, - bəyanatda bildirilib. 

Oxşar xəbərlər
OTACI