Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazarbayev Qazaxıstanda ortaya çıxdıNazarbayev Qazaxıstanda ortaya çıxdı

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, məhkəmə mənimsəmə işi üzrə 6 il azadlıqdan məhrum edilmiş bacısı oğlu Kayrat Satıbaldıulıya ədalətli qərar çıxarıb. 

O, prezident seçkilərində səs verdikdən sonra belə deyib: “Məhkəmənin qərarı ədalətli olub".

Gundem.az  xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Qeyd edək ki, sentyabrın 26-da Astana məhkəməsi Satıbaldıulını "Kazaktelekom" SC-nin vəsaitlərini, xüsusilə külli miqdarda mənimsəmə işi üzrə altı il müddətinə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxs günahını etiraf edib və əməlindən peşman olub. O, cəzanın müddəti və növü ilə də razılaşdığını bildirib. Bildirək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. O, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında vəzifə tutub, bizneslə məşğul olub. 

Əlavə edək ki, daha sonra Qazaxıstan hakimiyyətinin Kayrat Satıbaldıulının ölkədən qeyri-qanuni çıxardığı 300 milyon dolları tezliklə ölkə büdcəsinə qaytaracağı xəbəri yayılıb. 

Oxşar xəbərlər
OTACI