Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycan üçün tarixi nəticədir" - De Byazi

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik". 

Press.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu" - deyə o bildirib.

Mütəxəssis daha sonra vurğulayıb: "Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI