First slide

Ailədə olan ilk uşağın psixologiyası

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İlk uşağın ailəyə gəlişi valideynlər üçün yeni, əvvəllər heç yaşamadıqları həyəcana səbəb olur. İlk uşaq digər uşaqlardan fərqli olaraq daha böyük diqqət, sevgi və qayğı görür. Eyni zamanda qeyd edək ki, ilk uşaq yetərincə təcrübəsi olmayan ailədə göz açır. İlk aylarda baş verən hərşey valideynlər üçün böyük həyəcana səbəb olur.

Ailədə birinci olan uşaq qeyr-şüuri olaraq düşünür ki, “Mən yalnız qayğı gördükdə xoşbəxt ola bilərəm”.

Lakin ailədə növbəti uşaqlar olduqda vəziyyət dəyişir.  Uşaq çox vaxt bacı və qardaşının olmasını istəyir və bu təbii haldır. Çünki onunla oynamaq və vaxt keçirmək istəyir.  Uşaqda hələ dünyaya göz açmamış körpəyə qarşı yaranmış müsbət münasibəti körpə dünyaya gəldikdən sonra da davam etməsi üçün valideynlərin üzərinə bir sıra öhdəliklər düşür.

İlk növbədə başa salmalıdırlar ki, dünyaya gələcək uşaq ilk vaxtlar çox balaca və köməksiz olacaqdır. Bunun üçün ona qayğı göstərmək lazımdır. Onunla biraz böyüdükdən sonra oynaya bilər.
Uşaqla belə söhbət aparmadıqda, uşaq, körpə dünyaya gəldikdən sonra heç nəyin onun gözlədiyi kimi olmadığının fərqinə varır. Valideynlər vaxtının çox hissəsini yeni doğulmuş körpə ilə keçirirlər, buda uşaqda paxıllıq hissinin yaranmasına səbəb olur.

Bəzən ilk uşaq qız olarsa, valideynlər ikinci uşağın oğlan olmasını gözləyirlər. Əgər bu oğlan olarsa, o zaman sanki qız uşağı kənara itələnir. Valideyn çox zaman oğlan uşağını tərif edir, fəxr etdiyini söyləyirlər.  Nəsillərinin davamçısı olduğunu qeyd edirlər. Bu isə təbiidir ki balaca qız uşağı üçün fəlakətdir.  Demək valideynləri artıq onu sevmir, o ailədə artıqdır. Bütün bunların günahını isə qardaşında görür. 
Əgər uşaq açıq-aşkar dünyaya yeni göz açmış körpənin, valideynlərinin bütün qayğı və diqqətinin ona yönəldiyini görürsə, bu zaman həmin diqqət və qayğını geri qaytarmaq üçün qeyri-adekvat yollara əl atır. Aqressiv hisslərini hətta körpəyə yönəldə bilər. Uşaq bəzən düşünür ki, aciz və köməksiz olan uşaqlara valideynləri qayğı göstərir. Buna görə də o yenidən körpələşməyə başlayır.
Ailədə olan ilk uşaq öz xüsusiyyətləri ilə seçilir. Onlar daha məsuliyyətli, intizamlı və intellektual olurlar. Bu özünü isə müxtəlif eksperimentlərdə doğruldub.

Psixoloq Zümrüd Haqverdiyeva

 

Oxşar xəbərlər
OTACI