Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskva və Tehran arasında gizli sövdələşmə

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rəsmi Moskva və Tehran Rusiyada pilotsuz təyyarələrin istehsalına başlamaq barədə razılığa gəliblər.

Press.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumatlı mənbələrə istinadən yazır.

Qəzetin hər iki ölkənin təhlükəsizlik xidmətlərindən olan həmsöhbətlərinin sözlərinə görə, saziş noyabrın əvvəlində İranda “Rusiya müdafiə sənayesinin bir qrup nümayəndəsinin” iştirak etdiyi görüş zamanı bağlanıb.

Rəsmi məlumat verilib ki, noyabrın 9-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana səfər edib. O, İranın Ali Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi admiral Əli Şamxani ilə görüşüb.
Tərəflərin dizaynları və lazımi komponentləri təhvil verməklə bir neçə ay ərzində istehsalın başlaya biləcəyini söyləyib. Nəşr qeyd edir ki, bunun müqabilində İran “əhəmiyyətli iqtisadi və siyasi faydalar” əldə edəcək. Nəşrin həmsöhbətlərinin fikrincə, Tehran pilotsuz təyyarələrin yığılmasını Rusiyaya köçürməklə Qərb ölkələrinin mümkün sanksiyalarından qaçmağı gözləyir.

Qəzet bu ilin avqustunda İranın dronlarının Rusiyaya tədarükünü elan edib. Tehran və Moskva bu xəbərləri təkzib edib. Noyabrın əvvəlində Tehran etiraf edib ki, pilotsuz təyyarələrin tədarükü həyata keçirilib, lakin Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl olub.

Oxşar xəbərlər
OTACI