Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saakaşvilinin zəhərlənməsinə dair sübut tapıldı?

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan Penitensiar Xidməti vəkil Valeri Qelbaxianinin Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı açıqlamasını təkzib edib. 

Press.az xəbər verir ki, bu barədə gürcü mətbuatı yazıb. Qeyd edək ki, Saakaşvilinin səhhətinin pisləşməsinin səbəbinin zəhərlənmə olduğunu bir gün əvvəl onun vəkili Valeri Qelbaxiani açıqlayıb. Onun sözlərinə görə, xarici ekspertiza onun orqanizmində zəhərli maddələrin olduğunu təsdiqləyib. Vəkil gələn həftənin əvvəlində təfərrüatları açıqlayacağını vəd edib.

“Məhkum Saakaşvili xəstəxanada həkim nəzarətindədir, müvafiq tibbi tədbirlər görülür. Dezinformasiyanın qarşısını almaq üçün hər kəsi yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - xidmətin bəyanatında deyilib və vurğulanıb ki, heç kim Saakaşvilinin zəhərlənməsi ilə bağlı iddiaları sübut edən hər hansı rəsmi sənəd təqdim etməyib. Mixail Saakaşvilinin anası Giuli Alasaniya iddia edir ki, oğlunun orqanizmində ağır metalların - civə, barium, talliumun miqdarının artması aşkar edilib. 

Əlavə edək ki, üçüncü prezidentin atası Nikoloz Saakaşvili bu yaxınlarda Mixail Saakaşvilinin tərəfdarlarını onun müalicə üçün xaricə köçürülməsi tələbi ilə noyabrın 20-də Tbilisidə keçiriləcək mitinqdə iştirak etməyə çağırıb. 

Oxşar xəbərlər
OTACI