Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Doğuş 4 aylıq olanda atası qızıllarımı alıb getdi, pulu qadınlara xərclədi"

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Anam, atam, biz Almaniyada idik. Uşağım (red. - Doğuş) 4 aylıq olanda atası işdən çıxıb, qolumdakı qızılları alıb, əşyalarını topldadı ki, gedib Türkiyədə iş qurum, səni də yanıma gətirdim. Dedikləri yalan imiş, qadınlarla, onunla-bununla pulu yeyib. Atam da məni Türkiyəyə əmilərimin yanına yolladı. Onda Doğuş 4 aylıq idi. Bir il onlarda qaldım. Məhkəməyə verdim, qərar çıxmadan nənəm gəldi ki, bu dəfə mənlə qal. Həmin ərəfədə həyat yoldaşımın anası gəldi ki, yazıqdır, oğlumu buraxma, ağıllandı, işləyir. Atam da dedi ki, "Barışsan, qızım deyilsən". Bacara bilmədim, uşağım yetim qalmasın deyə, getdim. Gedən kimi də hamilə qaldım Selmaya. Onu da qəbul etmədi ki, məndən deyil. Yenə bizi buraxıb qaçdı Türkiyəyə. Mən nə edə bilərəm?"

Press.az xəbər verir ki, bu sözləri müğənni Doğuşun anası Nurhəyat xanım "Günaydın, Azərbaycan"da qonaq olarkən deyib. O, oğlunu məhkəmənin qərarı ilə ondan alındığlnı vurğulayıb:

"Qayınanam da məni götürüb Türkiyəyə qızının yanına gəldi. Hamilə halımla, qucağımda uşaq onun evində xadimə kimi işlədim. Doğuma gedəcəyim gün bayırda bir dünya paltar yudum. Heç veclərinə belə olmadım. Yenə nənəmin yanına getdim ki, xəstaxanaya aparsın məni. Çox çətinlik çəkdim, heç kim inanmır mənə. Başımdan keçənləri heç kəs bilə bilməz.

O vaxta qədər Doğuş da mənimlə idi. Qayınanam qızım 6 aylıq olanda gəldi ki, atası əsgərlikdən qayıdana qədər yanında qalın. Məni baldızımın evinin alt mərtəbəsinə apardı, özü ilə də saxlamadı. Tualet düz yanımda, mətbəx deyilən şey yox. Orada yaşadıq. Doğuş bəlkə də xatırlayar o günləri. Boyunumda bir dənə qızılım var idi, həyat yoldaşım onu da aldı ki, kafe açacağam. Amma işləmədi, getdi-gəldi. Başqa bir yerə apardı. Sonra orada qalmağa başladıq. Başqasının evi idi, gecə yarısı evə gəlirdi. Bir də görürdüm gəlirdi, qızılı qoluma taxırdı, bir də gedirdi hər şeyi aparırdı. Sonda barmağımdakı üzüyü istədi, mən də vermədim. Belə bir adamdan nə xeyir gözləyəsən?

Bir gün gəlib dedi ki, ayrılaq. Al, uşaqları get, ver məhkəməyə. Doğuşu necə verə bilərdim, məhkəmə zorla aldılar. Məhkəmə övladlarımdan birini mənə, birini də ona verdi".

 

Oxşar xəbərlər
OTACI