Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qərb Rusiyaya qarşı “yumşalıb”?

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ və Avropa Polşada fövqəladə vəziyyətdən sonra Rusiyaya qarşı ritorikasını dəyişib. 

Press.az xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşrində dərc olunan məqalədə yazılıb. Mətbuata müsahibə verən ekspertlərin fikrincə, Polşada raketlərin düşməsi ilə bağlı insidentin müzakirəsi nəinki Qərbdə dərinləşən parçalanmanı üzə çıxardı, həm də Avropa və ABŞ-ın uzun sürən böhrandan yorğunluğunu göstərdi. “Bu dəfə onlar Baltikyanı ölkələrini mümkün qədər tez inandırmaq təşəbbüsü ilə çıxış etdilər ki, raketi buraxan Rusiya deyil, Ukraynadır, halbuki Ukrayna Prezidenti Vladimir Zelenski hər şeyi inkar edir”, -məqalədə qeyd edilir.

"Polşadakı insident Şimali Atlantika Alyansının Rusiya ilə birbaşa qarşıdurmaya getməyə hazır olmadığını göstərir",-ekspertlər həmçinin bildiriblər. Xatırladaq ki, Polşa ərazisinə raketlərin düşməsi ilə bağlı məlumat noyabrın 15-i axşam saatlarında yayılıb. Hadisə nəticəsində iki nəfər ölüb. Ölkə Prezidenti Anjey Duda raketlərin Ukraynadan hava hücumundan müdafiə sistemləri tərəfindən buraxıla biləcəyini ehtimal edib. Eyni zamanda, Kiyev insidentdə Moskvanı günahlandırıb. Rusiya Müdafiə Nazirliyi isə ittihamları rədd edərək, Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirmədiyini bildirib. 

Oxşar xəbərlər
OTACI