Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə ordusu Suriya və İraqda terror mərkəzlərini vurdu

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə ordusu İraq və Suriyanın şimalında terrorçuların baza kimi istifadə etdiyi bölgələrdə “Pəncə-Qılınc Hava Əməliyyatı” təşkil edib.

Press.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Nazirliyin gecə saatlarında həyata keçirilən hava əməliyyatı ilə bağlı verdiyi açıqlamada qeyd edilib: “PKK/KCK/YPG və digər terror ünsürlərinin zərərsizləşdirilməsi məqsədi ilə İraq və Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı törədilən terror aktlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyini təmin etmək və terroru mənbəyində məhv etmək; bu kimi məqsədlərdən irəli gələn özünümüdafiə hüququmuzu təmin etmək məqsədilə İraq və Suriyanın şimalında terrorçuların baza kimi istifadə etdiyi bölgələrdə Pəncə-Qılınc Hava Hərəkatı həyata keçirilib”.

Oxşar xəbərlər
OTACI