Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qətər Ekvadorla bugünkü oyunu satın alıb? - Baş məşqçi danışdı

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qətər millisinin baş məşqçisi Feliks Sançes dünya çempionatının açılış oyununda uduzmaq üçün qətərlilərin Ekvador millisinin bir neçə futbolçusuna rüşvət verməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Press.az ESPN-ə istinadən xəbər verir ki, oyunla bağlı keçirilən mətbuat konfransında F.Sançes bununla bağll sualı da cavablandırıb. O deyib:

"İnternet əla vasitədir, lakin məncə, bu, çox təhlükəlidir. Orada çoxlu yalan məlumat var. Biz uzun illərdir bu yarışa hazırlaşırıq. Komandamız birdir. Güclü və bir. Heç kim bu tənqidlə bizdəki sabitliyi poza bilməz. Bu söhbətlər heç bir şəkildə bizə təsir etməyəcək.

Komandamız həyəcanlı, motivasiyalı və ilk dünya çempionatında oynamaqdan xoşbəxtdir.  Biz oyuna necə hazırlaşmaq, emosiyalarımızı idarə etmək üzərində köklənmişik və başqa şeyləri nəzərə almırıq.  Bir komandanın və ya oyunçunun başına gələ biləcək ən yaxşı şey şayiələrə məhəl qoymamaqdır”.

Xatırladaq ki, DÇ-2022-nin Qətər - Ekvador açılış oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI