Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kim Çen In ilk dəfə böyük qızını göstərdi - FOTO

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şimali Koreya lideri Kim Çen In ailəsini ehtiyatla qoruyur. Lakin o, qəfildən sirri açıb və ilk dəfə qızını dünyaya göstərib. Üstəlik, qızı və xanımı Li Sol Zju ilə birlikdə ölkənin ən böyük ballistik raketinin buraxılışını izləyib.

Press.az xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.

Mənbə 12 yaşlı qızın adının Zju E olduğu deyilir.

Qızın varlığından ilk olaraq qalmaqallı amerikalı basketbolçu Dennis Rodman danışıb. 2013-cü ildə Şimali Koreya səfərindən qayıtdıqdan sonra Kimin böyük dostu jurnalistlərə deyib ki, onun körpə qızı var.

Yeri gəlmişkən, cümə günü Şimali Koreya “Hvason-17” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. 

Qeyd edək ki, onun övladlarının sayı, cinsi və yaşı barədə məlumatlar diqqətlə gizlədilir. Vaşinqtondakı Stimson Mərkəzinin əməkdaşı Maykl Madden kəşfiyyat məlumatlarına istinadən qeyd edir ki, ailənin üç övladı - iki qızı və bir oğlu var.

Oxşar xəbərlər
OTACI