First slide

Sürücülərin NƏZƏRİNƏ: Qaydalar dəyişir - VİDEO

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Minik avtomobillərinin sürücüləri motosiklet, moped və bu kimi nəqliyyat vasitələrini idarə edənlərin əlindən təngə gəldiklərini deyirlər.

Press.az xəbər verir ki, onlar həmin nəqliyyat vasitələrinin əksər sürücülərinin harada gəldi, necə gəldi qayda pozduqlarını bildirirlər. 

Xüsusilə də paytaxt Bakıda gündən-günə artan moped və motosiklet sürücüləri isə tam əksini düşünürlər. Onlar günahın əsasən avtomobil sürücülərində olduğunu deyirlər.

Əsasən şəhərdaxili çatdırılma xidmətində istifadə olunan bu nəqliyyat vasitələrinin bir çoxu nömrəsiz idarə edilir. Bu isə qayda pozuntusu zamanı onların qeydə alınmasını çətinləşdirir.

Amma bu problemin həlli üçün "Yol hərəkəti haqqında" qanuna dəyşiklik edilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı danışan ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif olunur.

Təklif edilən digər bir dəyişiklik isə dayanma-durmaya görə yazılan cərimələrlə bağlıdır. Dayanma və ya durma qaydalarının pozulması hallarının foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınması təklif edilir. Təklif qəbul edilərsə, indiyə qədər müəyyən mübahisə yaradan BNA-nın yazdığı cərimələr qanunda tam əksini tapmış olacaq. İlk oxunuşdan keçən dəyişiklik təklifləri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Oxşar xəbərlər
OTACI