Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qazaxıstan indiki şəraitdə çoxvektorlu siyasət aparmalıdır” - Tokayev

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qazaxıstan geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasət aparmalıdır”.

Press.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prezident seçkilərində səsvermədən sonra hazırkı prezident Kasım-Jomart Tokayev deyib. 

“Hesab edirəm ki, geosiyasi mövqeyi, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq” - deyə, o bildirib.

Hazırkı dövlət başçısının seçki platformasında əsas məqsəd ədalətli Qazaxıstan qurmaqdır.

Həmçinin milli maraqların qorunmasına, bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun davam etdiriləcəyi qeyd olunub.

Oxşar xəbərlər
OTACI