Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baydenin nəvəsi ailə qurdu

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Cozef Baydenin böyük nəvəsi, Hunter Baydenin qızı Naomi ailə qurub.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. 

Mənbənin sözlərinə görə, nikah üç hissədən ibarətdir. Mərasim yerli vaxtla saat 11:15-də (Bakı vaxtı ilə 20:15) başlayıb. Vaşinqtonda havanın soyuq olmasına baxmayaraq, küçədə heç bir çadır (tent) qurulmayıb. Toy qonaqları səhər saatlarında kompleksə gəlib və koronavirus testindən keçiblər.

Toyun təşkili əvvəllər Ağ Evdə böyük ziyafətlərlə məşğul olan tanınmış şirkətə həvalə edilib. Agentliyin tarifləri 300 000 ABŞ dollarından başlayır. Ağ Evdə keçirilən digər toylar kimi, tədbir də şəxsi vəsait hesabına ödənilir.

Üzüklərin taxılmasından sonra yeni evlənənlər ailə dairəsində şam yeməyi və kiçik ziyafət, axşam isə desertlər və rəqslərlə qonaqlar üçün ziyafət təşkil etməyi planlaşdırıblar. Telekanal qeyd edib ki, babasını seçkilərdə iştirak etməyə ilk dəfə məhz Naomi sövq edib. Naomi Bayden və Piter Nil Ağ Evə avqustda köçüblər.

Qeyd edək ki, Cozef Bayden bu gün 80 yaşını qeyd edəcək.

Oxşar xəbərlər
OTACI