Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karlsen vaxtından əvvəl final turnirinin qalibi oldu

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Champions Chess Tour” seriyasının final turnirinin qalibi məlum olub.

Press.az xəbər verir ki, dünya çempionu, norveçli Maqnus Karlsen vaxtından əvvəl - altıncı raundda hindistanlı Rameşbabu Praqnanandhuya 2,5:0,5 hesabı ilə qalib gəlib.

O, 17 xal toplayıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Altıncı tura qədər bu, polyak Yan-Kşiştof Duda idi. Amma Duda amerikalı Uesli Soya uduzaraq 10 xalla üçüncü yerə enib. İkinci yerdə So qərarlaşıb (12 xal).

Bazar günü keçiriləcək final mərhələsində Karlsen Duda, So isə niderlandlı Aniş Giri ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI