First slide

Paşinyan ofisinin təmirinə 51 milyon pul ayırdı

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda Baş Nazirin Aparatının inzibati binası yenidən təmir olunur, lakin təmirə dövlət büdcəsindən daha çox pul xərcləmək qərarına gəliblər.

Press.az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. 

Nəşr bildirir ki,  Baş nazirin aparatı təmir işlərini həyata keçirəcək “Samproject” MMC ilə 38 milyon 790 min dram dəyərində müqavilə imzalayıb.

Müqavilə sentyabrın 1-də imzalanıb, tikinti işləri müqavilənin qüvvəyə mindiyi gündən başlayır və 100 iş günündən sonra başa çatır.

Lakin noyabrın 16-da şirkətlə əlavə müqavilə imzalanıb. Belə ki, müqavilədə ilə məbləğ artırılıb və işlərin başa çatma tarixi dekabrın 25-nə təyin edilib. Şirkətlə imzalanan müqavilənin qiyməti əvvəlki 38 milyon 790 min deyil, 51 milyon 347 min dram ( təxmini 221 min AZN) müəyyən edilib.

Oxşar xəbərlər
OTACI