First slide

Qohumunun evinə qonaq getdi, maşınını qaçırdı, həbsə düşdü

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda evinə qonaq getdiyi qohumunun VAZ-21011 markalı, 57-BP- 926 dövlət qeydiyyat nişanlı avtomobilini qaçıran şəxsə hökm oxunub.

Press.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Qazax rayon sakini Azər (şərti) uzaq qohumluq əlaqəsi olan 1986-cı il təvəllüdlü Yevlax sakini Mahirin evinə qonaq gedib. Azər evdən çıxaraq Ziya Bünyadov prospekti, 2-ci keçiddə nəqliyyat yolunun kənarında Mahirə məxsus avtomobilə yaxınlaşıb. Bu zaman avtomobilin qapılarının açıq, açarlarının üzərində olduğunu görüb və qərara gəlib ki, maşının yerini dəyişib, bir az irəlidə saxlasın. Daha sonra Mahirə xəbər vermədən avtomobili sürməyə başlayıb.

Azər digər qohumlarının yaşadığı Binəqədi rayonu, Xocəsən qəsəbəsinə yollanıb və maşını orada saxlayıb. Bir qədər sonra Mahir avtomobilin saxladığı yerdə olmadığını görüb və qaçırıldığı düşünərək DİN-nin “102” xidmətinə məlumat verib. Maşın polis tərəfindən tapılaraq Mahirə təhvil verilib.

Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. 

 

 

Oxşar xəbərlər
OTACI