Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İtirəcək bir şeyimiz yoxdur" - De Byazi

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Şimali Makedoniya millisi yaxşı komandadır. Yaxşı keyfiyyətli futbolçuları var. Əksər oyunçuları Avropada oynayır. İtaliya ilə matçlarını futbolçularımıza göstərdim. Düşünürəm ki, qələbə seriyasını davam etdirə bilərik. Bir az bəxt olsa, bir az da xarakter göstərsək, bunu bacararıq".

Press.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis rəqib komanda haqqında fikirlərini bölüşüb:

"Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm. Moldova milli komandasına qarşı keçirdiyimiz son oyunda rəqib qapısına 18 zərbə endirdik. Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanıb hesabı 3:0 etməli idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik.

Bu qarşılaşmalar seçmə mərhələ oyunlarına hazırlıq baxımından çox vacibdir. Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı oyunlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Sabah ağıllı oyuna üstünlük verməliyik. Asan olmayacaq. İtirəcək bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI