Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda son sutkada 34 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 421 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 084, bu günə qədər isə ümumilikdə 7 355 336 test icra olunub.

 

 

Oxşar xəbərlər
OTACI