Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə XİN Şimali Koreyaya etirazını BİLDİRDİ

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Şimali Koreyanın ballistik raket sınağını pisləyib.

Press.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Bəyanatda Türkiyə XİN cari ilin əvvəlindən bəri Şimali Koreyanın ballistik raket sınaqlarını artırdığını, noyabrın 18-də qitələrarası ballistik raket sınağını həyata keçirdiyini qeyd edərək, bu sınaqları qınadığını bildirib.

"Biz Şimali Koreyanın bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq, bu məsuliyyətsiz davranışının regional sülh və sabitliyə mümkün mənfi təsirlərindən narahatıq. Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və regionda daha da gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq", - Türkiyə XİN vurğulayıb.

 

 

Oxşar xəbərlər
OTACI