Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kanada portalında Fransa Senatının ədalətsiz qərarını pisləyən məqalə dərc olunub

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycana deyil, İrana qarşı sanksiyalar tətbiq etməlidir” sərlövhəli məqalə dərc olunub.

Press.az "Report"-a istinadən  xəbər verir ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum sənədlə bağlı rusiyalı analitik İqor Korotçenkonun Fransa Senatının adının dəyişdirilərək Fransa Erməni Diasporu Senatı adlandırılmasının zəruriliyinə dair fikirləri yer alıb: “Pulun qoxusu olmur. Görünür, səs verən senatorların hər biri bu tezisi rəhbər tutub. Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərə məsləhətçi işləyirlər. Sarkozinin nümunəsinə baxın. O, prezident kimi Liviyadan rüşvət alıb. Bəs Makron?”

Məqalədə “Ev Kilsəsi Hərəkatı”nın iranlı xristian lideri, keşiş Səid Abedinə də istinad edilib: “Mən İranda insan haqlarının vəziyyəti ilə bağlı Qərbin yürütdüyü siyasətdən çox məyus oldum. Ötən il inqilaba çevrilən qanlı küçə etirazlarında 2000-dən çox insan ürəyindən və başından güllələndi. Onlar əsasən azyaşlılar və bakirə qızlar idi. 20 mindən çox insan, o cümlədən əmim oğlu Məhəmməd və Nazarin həbs olunub, onların hamısı dəhşətli fiziki, emosional və cinsi işgəncələrə məruz qalıb. Onlardan bəziləri haqqında ölüm hökmü bu məqaləni oxuduğunuz vaxta qədər artıq yerinə yetiriləcək. Digərləri həftələrlə təcavüzə məruz qalıblar. Lakin Qərb bunu şifahi şəkildə pisləsə də, heç vaxt tədbir görmür”.

Oxşar xəbərlər
OTACI