Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çaqqalların hücum etdiyi şəxs ürəktutmadan öldü

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün səhər saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 43 yaşlı İxtiyar Tarverdiyevin yaşadığı evin həyətində vəfat etməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a bildirib ki, daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları həmin ünvanda olublar və meyitə baxış keçirilib.

İlkin araşdırma zamanı həmin şəxsin yaşadığı evin həyətində çaqqalların hücumuna məruz qaldığını, şəkər və ürək xəstəliyindən əziyyət çəkdiyinə görə qorxudan ani ürəktutmasından vəfat etməsi müəyyən edilib. İ.Tarverdiyevin ailə üzvləri də izahatlarında onun qorxudan vəfat etməsini təsdiqləyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Press.az 

Oxşar xəbərlər
OTACI