Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kartofun sağlamlığa daha bir faydası açıqlandı

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Luiziana ştatında Penninqton biotibbi araşdırmalar Mərkəzinin alimləri kartofun sağlamlığa daha bir faydasını aşkarlayıblar. Araşdırmalarla məlum olub ki, bu tərəvəz vacib qidalandırıcı mikroelementlərlə zəngindir və piylənmə ilə diabet riskini artırmır.

Press.az  xarici mətbuata istinadən xəəbər verir ki, tədqiqatın nəticələri barədə "Journal of Medicine Food" jurnalında dərc olunan məqalədə məlumat verilib.

Proses zamanı mütəxəssislər artıq çəkili, piylənmədən yaxud insulin çatışmazlığından əziyyət çəkən 18-60 yaş aralığında 36 iştirakçı ilə bağlı araşdırma aparıblar.

Birinci qrupdan olan könüllü iştirakçılardan ət, balıq, obya və noxud daxil olmaqla əlçatan ərzaqlarla pəhriz saxlamaları bildirilib. İkinci qrupa isə pəhrizə ət və balıqla ağ kartof əlavə etmək tövsiyə olunub. Qida rejimlərindən hər biri meyvə və tərəvəzin yüksək tərkibi ilə seçilib və ətin lobya, kartofla qəbulunun 40 faizini təşkil edib. Daha əvvəlki araşdırmalarla müəyyən olunub ki, lobya və noxud ikinci tip diabet xəstələrinin qanında qlükoza göstəricilərini yaxşılaşdırır.

Nəticələr göstərib ki, kartof diyetası və lobya ilə noxud tərkibli diyeta eyni dərəcədə orqanizm üçün faydalıdır.

Oxşar xəbərlər
OTACI