First slide

Qəbiristanlıqdan oğurluq edən şəxslər ələ keçdilər: İkisi qardaşdır

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daşkəsəndə qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.

Bununla bağlı Press.az- a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əmirvar kənd qəbiristanlığından oğurluq etməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Mətləb Əkbərov, Gəncə şəhər sakinləri olan qardaşlar Röyal və Hafiz Ocaqvediyev müxtəlif vaxtlarda kənd qəbiristanlığındakı bir neçə qəbirin dəmir barmaqlarını oğurlayıblar. 

Şübhəli şəxslər saxlanılıblar, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI