Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Axundu motosikletlə vurub öldürən sürücü tutulub - YENİLƏNİB

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda axundu motosikletlə vurub öldürən sürücü saxlanılıb. 

Bununla bağlı Press.az -a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib. 

Hadisə 18 noyabr saat 19 radələrində Mamusta kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı qapalı kəllə beyin travması alan 1975-ci il təvəllüdlü Əkrəm Hüseynov xəstəxanaya çatdırılsa da, orada ölüb. 

Hadisəni törətməkdə şübhəli bilinən S.Abbasov saxlanılaraq, istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

09:30

Lənkəranda yol-nəqliyyat hadisəsində xəsarət alan axund ölüb.

APA-nın verdiyi məlumata görə, hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motosikleti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub. 

Ə.Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Oxşar xəbərlər
OTACI