Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada partlayışda ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-2

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla ölənlərin sayı 7-yə çatıb. 

Press.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Saxalinin qubrenatoru Valeri Limarenko məlumat verib. 

Onun sözlərinə görə, binanın partlayış qeydə alındığı hissəsində 33 nəfər yaşayırmış.

08:09

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Valeri Limarenko bildirib.

07:40

Rusiyanın Saxalin adasının Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayışa məişət qazı səbəb olub.

Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.

06:44

Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.

Press.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

FHN-in məlumatına görə, dağıntılar altında 6 nəfər qalmış ola bilər.

Oxşar xəbərlər
OTACI