Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib

Press.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

Bundan əlavə, məhkumlar epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda öz xahişləri ilə qısamüddətli görüşləri telefon danışıqları və videogörüşlərlə əvəz edə bilərlər.

Eyni zamanda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək.

 

 

Oxşar xəbərlər
OTACI