Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AMEA prezidenti: "Dövlət Proqramı Böyük Qayıdışın mükəmməl yol xəritəsidir"

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiqlənməsi Qarabağın yenidən qurulması sahəsində möhtəşəm dövlət proqramıdır. Bu, XXI əsrdə azad Qarabağın mükəmməl yol xəritəsidir”.

Press.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı Böyük Qayıdışın manifestidir: "Bu, Qarabağın və Şərqi Zəngəzurun yaxın və uzaq gələcəyini əyani şəkildə təsəvvür etməyə imkan yaradan böyük bələdçidir. İqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Dövlət Proqrammı siyasi-ideoloji cəhətdən əsaslandırılmış sənəddir:

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı» müddəaları həm də ciddi elmi əsaslara malikdir. Hesab edirəm ki, təqdim edilən Dövlət Proqramı Azərbaycanın müstəqillik tarixinə İlham Əliyev proqramı kimi daxil olur. Heç şübhə yoxdur ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə indiyədək dövlət səviyyəsində imzalanmış digər dövlət proqramları kimi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" da vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan Dövlət Proqramının həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifələri məsuliyyətlə həyata keçirəcəklər”.

 

 

Oxşar xəbərlər
OTACI