Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda 46 yaşlı qadın itkin düşüb

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda 46 yaşlı qadın itkin düşüb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.

Bildiirlib ki, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Xeyrulla qızı Əliyeva noyabrın 15-i saat 11:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

"Xalidə Əliyevanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - DİN rəsmisi bildirib.

 

 

Oxşar xəbərlər
OTACI