Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bellinqem 2022-ci il Dünya Çempionatının ən bahalı iştirakçısıdır

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2022-nin ən bahalı oyunçusu seçilib.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hesablamalarına görə, Dortmund “Borussiya”sının yarımmüdafiəçisinin transfer dəyəri 202 milyon avrodur.

 

Reytinqdə Qətərdə keçirilən turnirdə iştirak edən komandaların hər birindən yalnız ən bahalı oyunçular yer alıb.

İlk onluq aşağıdakı kimidir:

1. Cud Bellinqem (İngiltərə, “Borussia” Dortmund) - 202 milyon avro;

2. Vinisius Junior (Braziliya, “Real Madrid”) - 201 milyon avro;

3. Kilian Mbappe (Fransa, PSJ) - 185 milyon avro;

4. Pedri (İspaniya, “Barselona”) - 158 milyon avro;

5. Camal Musiala (Almaniya, “Bayern” Münhen) - 151 milyon avro;

6. Federiko Valverde (Uruqvay, “Real Madrid”) - 123 milyon avro;

7. Ruben Dias (Portuqaliya, “Mançester Siti”) - 118 milyon avro;

8-9. Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”) - 110 milyon avro;

8-9. Frenki de Yonq (Niderland, “Barselona”) - 110 milyon avro;

10. Lautaro Martinez (Argentina, “İnter”) – 99 milyon avro.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI